upload RIA 8969332 pic4 zoom 1500x1500 90944

“Ukraynadakı münaqişə bu il başa çata bilər”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı siyasi şərhçi və radio aparıcısı Stiv Gill deyib.

“Rusiyanın döyüş meydanında irəliləməsini davam etdirməsi, Prezident Volodimir Zelenskinin hakimiyyətinin zəifləməsi və ABŞ Prezidenti Donald Trampın münaqişəni qalıcı həll yolu ilə bitirmək istəyi buna gətirib çıxaracaq. Yəni danışıqların bu ilin sonuna qədər uğurla yekunlaşacağını düşünürəm”, – deyə o bildirib.

Gill əlavə edib ki, Ukraynaya əlavə hərbi və maliyyə yardımı göstərmək istəyənlərin koalisiyası zəifləyir:

“Qərb artıq Zelenskinin ölkədəki vəziyyətə nəzarəti itirdiyini qəbul edir”.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Qərb ölkələri Zelenskinin Ukraynanın antikorrupsiya agentliklərinə qarşı hərəkətlərinə görə çox məyus olublar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: