Ukrayna “kozırını” itirdi: qoşunlar çıxarılır

uk 1

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin ərazisindən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”(VSJ) məlumat yayıb.

“Ukraynanın cəsarətli hərbi yürüşü keçən yay başladığı kimi bu həftə də sona çatdı. Rəsmi Kiyevin regiondan geri çəkilməsi onu gələcək danışıqlarda istənilən “kozır”dan tamamilə məhrum edib”, – deyə nəşr bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu 2024-cü il avqustun 6-da başlamışdı.

Günay Rəsulqızı
Globalinfo.az