IMG 20250829 WA0078

Türkiyənin yeni Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust – Zəfər bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

“Bildiyiniz kimi avqust ayının əvvəlində Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində yeni təyinatlar olub. Əminəm ki, bu, hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək”, – Kərim Vəliyev qeyd edib.

 

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Paylaş: