Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölkə liderinin qərarı “Rəsmi qəzet”də dərc olunub.
Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.