Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması üçün alternativ var”

“Zəngəzur dəhlizi ölkəmizi Türk dünyası ilə birləşdirəcək mühüm layihədir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə müsahibəsində bildirib.

Dəhlizin birbaşa Bakıya çatacaq bir xətt olduğunu vurğulayan nazir layihənin faydalı olacağını deyib:

“Ermənistan və ya İran vasitəsilə reallaşaq layihə sayəsində Türk dünyasında daşımaların əhəmiyyətli dərəcədə artacaq. Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq. Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib”.