Türkiyəli məşhur televiziya aparıcı Duygu Demirdağın ölkənin hüquq sistemi ilə bağlı paylaşımı ictimaiyyətdə maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, aparıcı ABŞ-a səfəri zamanı vəkillərin konsultasiya xidmətinin ödəniş məbləğini maraqlandığını və öyrəndiyi zaman çox təəccübləndini bildirib.
Aparıcı ABŞ-da vəkillərin hüquqi məsləhətləşmə üçün saat başına 450 dollar aldığını qeyd edib. Onun sözlərinə görə, zəng vasitəsi ilə 1 dəqiqəlik məsləhətləşmə belə 15 dəqiqə olaraq qəbul edilir və saatlıq ödəniş miqdarının üzərindən hesablama aparılır.
D.Demirdağ sözügedən vəziyyəti Türkiyədəki vəkillərin fəaliyyəti ilə müqayisə edib və bunu onlara haqsızlıq adlandırıb.
O, həmçinin ABŞ-da hüquq ixtisasına yiyələnmək üçün çətin bir tədris sisteminin olduğunu, 4 il universitet təhsili, 3 il isə təlim verildiyini deyib. Lakin Türkiyədə hüquq üzrə diplom əldə etməyin daha asan olduğunu söyləyib.
View this post on Instagram
Əliyar Xəlil
Globalinfo.az