Azərbaycana qarşı hücumlardan imtina edilməsi… – Türkiyə

Türkiyə Ermənistan-Azərbaycan sərhədi ətrafında gedən prosesləri izləyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sərhəd sazişi ətrafında gedə prosesləri izləyir və bunu müsbət addım kimi xarakterizə edir.

“Gündəliyimizdən asılı olmayaraq, biz Azərbaycanla bağlı məsələləri diqqətlə izləyirik. Nümayəndə heyətləri (Azərbaycan və Ermənistan – red) 8-ci dəfədir ki, görüşüb. Simvolik də olsa, sərhəd daşı qoyulub. Biz regionda sülhün möhkəmlənməsinə töhfə verilməsini və Azərbaycana qarşı hücumlardan imtina edilməsini alqışlayırıq. Prosesin inkişafını izləməyə davam edəcəyik”, – deyə Çelik vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az