Türkiyənin Mardin şəhərində içində universitet və şəhər valiliyinin əməkdaşlarının olduğu maşın qəzaya uğrayıb.
Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, dəhşətli qəza nəticəsində 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Bildirilib ki, mikroavtobus yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb və dərəyə aşıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.