
Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım, polis və xilasetmə əməkdaşları cəlb olunub.
Yaralılar Alanya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Yılmaz Gülər açıqlamasında xəstəxanaya yaralıların son durumunu açıqlayıb.
“Xəstəxanaya gətirilən 14 yaralıdan biri S.Ç.-nin həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan 3 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir”, – Y.Gülər deyib.