Türkiyədə sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

yolcu otobusu kaza aa 2332412

Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu aşıb.

Globalinfo.az xəbər verir ki, sərnişin avtobusunun Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi ərazisində idarəetmədən çıxaraq xəndəyə aşması nəticəsində 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu cəlb edilib.