hava isti 12

Bu gün Türkiyədə cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda temperatur 50 dərəcəni keçib.

Globalinfo.az xəbər verir ki, bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.

Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.

Ölkə üzrə temperaturun mövsümi normanı 7-12 dərəcə üstələdiyi bildirilib.

Proqnozlara əsasən, Türkiyədə temperatur iyul ayının 31-dən sonra enəcək.

Paylaş: