Türkiyədə ödənişli hərbi xidmətin məbləği artaraq 243 min lirəyə (11.680 AZN) çatdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
2025-ci ildən etibarən hərbi xidməti bu şəkildə şəkildə yerinə yetirmək istəyən şəxslərin yeni müəyyən olunan məbləği ödəmələri tələb olunur.
Yanvarın 7-dən etibarən bu istiqamətdə mürciətlərin qəbuluna başlanılıb.
Qeyd edək ki, Türkiyədə ödənişli hərbi xidmətin müddəti 28 gündür.