Rejissorun Bakıdan paylaşımı erməniləri qəzəbləndirdi: onu İrəvana buraxmadılar – FOTO

İrəvan Dövlət Teatr və Kino İnstitutu noyabrın 23-26-da Ermənistanın paytaxtında keçirilməsi planlaşdırılan “Echo Artdocfest” festivalını ləğv edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, təşkilat nümayəndələrinin bildirdiyinə görə, buna səbəb rusiyalı və latviyalı rejissor, “Artdocfest” festivalının sədri Vitali Manskinin Bakıya səfəri ilə bağlı “Facebook”da yazdığı paylaşım olub.

Vitali Manski paylaşımında yazıb:

“Mən artıq ikinci dəfədir ki, Azərbaycanda qeyd olunan Zəfər Günündə Bakıda oluram. Birinci dəfə olan məni o qədər təsirləndirdi ki, indi yeni filmin şənliklərini lentə almağa gəldim”.

Məhz bu paylaşımdan sonra Ermənistanda onun təşkil etməyə hazırlaşdığı festival ləğv edilib.