Türkiyə mediasında 15–16 aprel tarixlərində Ukrayna və Rusiya arasında Qara dənizdə təhlükəsizlik məsələlərinə dair Ankarada birbaşa danışıqların keçiriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “TSN. Həftə” proqramının aparıcısı Alla Mazur Ukraynanın xarici işlər naziri Andriy Sibiqaya istinadən məlumat verib.
“Andriy Sibiqa bildirdi ki, belə bir görüş planlaşdırılmayıb”, – jurnalist qeyd edib.
***15:53
Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk” Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
“Rəsmilərin Ankaradakı Dəniz Qüvvələri Komandanlığında görüşəcəkləri bəlli olub. Burada Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsi gözlənilir”.
Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi açıqlanmayıb.
Əliyar Xəlil
Globalinfo.az