Türkiyə polisi beynəlxalq narkotik ticarəti və 4 ayrı mütəşəkkil cinayət qruplaşmasına qarşı “Quyu-4” əməliyyatlarını keçirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
“Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayət qruplaşmaların liderləri – Mərt (Orxan) Ünğan, İbrahim Qurdar, Aydın Razaki, və Rəcəb Özyıldız saxıanlıb”, – nazir bildirib.