q 1

Türkiyənin cənubundakı Antalya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, idarəetmədən çıxan minik avtomobili dərəyə aşıb.

Nəticədə beş nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasetmə qrupu cəlb olunub.

Məlumata görə, avtomobildə olan yeddi nəfərdən beş hadisəyerində keçinib, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: