İstanbulda Türkiyə ilə Rusiya arasında Yaxın Şərq məsləhətləşmələri başlayıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar bağlı qapılar arxasında keçirilir:
“Başda Suriya və Fələstin olmaqla, regional böhranları müzakirə etmək üçün yüksək səviyyəli diplomatik nümayəndələr bir araya gəlib”.
TASS agentliyinin xəbərinə görə, aprelin 24-də başlayan danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Yılmaz da iştirak ediblər.
Günay Rəsulqızı
Globalinfo.az