Görüş zamanı Putin Ərdoğandan bunları istəyib? – SİYAHI

“Soçidə bir araya gələn iki lider görüşdən əvvəl mətbuata açıqlamalar verib. Putin Türkiyənin beynəlxalq atom gücü ölkələri klubuna qatıldığını diqqətə çatdıraraq bu istiqamətdə yeni əməkdaşlıq formatının ola biləcəyini vurğuladı. O, “Ukrayna böhranını müzakirə edəcəyik. Suriya ilə bağlı mühüm irəliləyişlər oldu. Türkiyənin bu mövzuda həssaslığı artdı. Biz də bunun fərqindəyik. Bütün bunları təfərrüatı ilə nəzərdən keçirəcəyik” dedi”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, mətbuata verilən açıqlamalar və son proseslərdən belə qənaətə gəlmək olar ki, görüşdə bir neçə əsas məsələnin müzakirə olunub:

“Masanın əsas mövzusu Qara dəniz, “Taxıl sazişi”dir. Ankara uzun müddətdir ki, Rusiyanı razılaşmaya qaytarmağa çalışır. Lakin Moskva administrasiyasının gözləntiləri var. Rusiya taxıl dəhlizindən öz məhsullarını ixrac etmək və taxılı ehtiyacı olan ölkələrə göndərmək istəyir. Rusiya Qətərin maliyyə dəstəyi ilə 1 milyon ton rus taxılının Türkiyədə emal edilərək yoxsul Afrika ölkələrinə göndərilməsini təklif edir. Taxıl dəhlizinin yenidən işə salınması cəhdindən əvvəl bu əməkdaşlıq təşəbbüsün dayandırılması kimi başa düşülə bilər.

Züriyə Qarayeva

Rusiya taxıl dəhlizinin yenidən açılması üçün konkret addımların atılmasını istəyir. Ən vacib tələb Rusiya Aqrobankının Svift sisteminə qayıtmasıdır. Kremlin əsas hədəfləri bunlardır: Rusiya taxıl və gübrə daşıyan gəmilərinin və ya üçüncü ölkə bayrağı altında üzən gəmilərin sığortası, onların Avropa limanlarına qəbulu, ammonyak xəttinin zədələnmiş hissələrinin təmiri və daşınmasının bərpası, dondurulmuş aktivlərin, Rusiya gübrə şirkətlərinin Avropa banklarındakı hesablarının sərbəst buraxılması və s.

İki liderin gündəmindəki digər kritik mövzu Suriyadakı hadisələridir. Görüşdə Ankara-Dəməşq xəttində normallaşma prosesi, qaçqınların geri qaytarılması üçün aparılan işlər, PKK/YPG ilə ərəb qəbilələri arasında qarşıdurmalar da müzakirə olunub”.

Turan Rzayev
Globalinfo.az