Türkiyə UNESKO-nun bu komitəsinə üzv seçildi

Türkiyə 2023-2027-ci illər üçün UNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy məlumat verib.

Türkiyənin Fransanın paytaxtı Parisdə təşkil olunan “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası” sessiyasında keçirilən səsvermə ilə komitəyə üzv seçildiyini bildirən nazir qeyd edib:

“Türkiyə dördillik üzvlük müddətində Ümumdünya İrs Anlaşmasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Ümumdünya İrs Komitəsi iclaslarında komitənin digər üzvləri ilə birlikdə Ümumdünya İrs Siyahısına namizədlərlə əlaqədar qəraralma prosesində söz sahibi olacaq. Ölkəmiz 1983-1989 və 2013-2017-ci illərdə UNESKO-nun Ümumdünya İrs Komitəsində olub”.