Meyxanaçıdan Ramil Səfərovla bağlı QƏRİBƏ YANAŞMA

Tanınmış meyxanaçı Elşən Xəzərin həmkarı Rəşad Dağlının qətl törətməsi ilə bağlı danışarkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovu misal çəkməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Globalinfo.az bildirir ki, E.Xəzər Rəşadın cinayəti hirsli başla törətdiyini diqqət çatdırıb və bənzər psixoloji halı Ramil Səfərovun da yaşadığını xatırladıb.

Bu barədə Pravda.az-a danışan Elşən Xəzər qətl törətməyin yaxşı əməl olmadığını qeyd edib:

“Mən bunun tərəfdarı deyiləm. Amma bilirsiniz, hirsli başda ağıl olmaz. Bəzən olur ki, sərhədlər çox pis keçilir. Əvvəllər belə şeylər çox olurdu. O vaxt erməni alçağı bayrağımıza tüpürəndə zabitimiz Ramil Səfərov onu öldürmüşdü”.

Sosial şəbəkə istifadəçiləri Elşən Xəzərin bu müqayisəsinin uğursuz olduğunu vurğulayıblar.

Aqşin Evrən
Globalinfo.az