Türk ordusu vurdu: qondarma lider məhv edildi – VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlar PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində təşkil edilir.

***07:55

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı nəticəsində ümumilikdə 89 hədəf məhv edilib, xeyli terrorçu zərərsizləşdirilib:

“Zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var”.