Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

“Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə əlaqədar yarıya kimi endirilib. Bu səbəbdən Türkiyənin İsraildəki səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Türkiyə səfirinin müavininə İsrail tərəfinin etirazı çatdırılıb.