
Rusiya görüşün yekununa dair bu gün açıqlama verməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl Medinski mediaya qısaca olaraq görüşün razı qaldıqlarını bildirmişdi.
*** 18:30
Rusiya və Ukrayna nümayəndə heyətləri yeni görüşlə bağlı prinsipial razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Hakan Fidan deyib.
O, bu tarixi “sülh üçün önəmli gün” adlandırıb.
*** 16:33
İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başa çatıb.
Globalinfo.az bildirir ki, yaxın zamanda görüşün nəticələrinə dair açıqlama verilməsi gözlənilir.
***13:52
İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başlayıb.
Globalinfo.az bildirir ki, görüşdə iştirak etmək üçün Rusiya nümayəndə heyəti Dolmabahçe Sarayına gəlib.
Hakan Fidanın açılış nitqindən sonra görüşün ikitərəfi formatda davam edəcəyi gözlənilir.