Xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi “Qarabağ” Bakıda İngiltərə futbol klubu “Çelsi”ni qəbul edib.
Globalinfo.az xəbər verir ki, matç 2-2 barbarəliklə başa çatıb.
“Qarabağ” ilgilis klubundan xal almağı bacarıb və 4 oyunu 7 xalla başa vurub. Türkiyənin məşhur futbol şərhçilərindən Ertem Şenerin stadionda olması və azərbaycanlı həmkarı ilə birlikdə oyunu şərh etməsi böyük maraqla qarşılanıb.
Şərhçinin oyun boyu həyəcanı, “Qarabağ“ın qollarındakı xüsusi sevinci Türkiyə ictimaiyyətində xüsusilə təqdir edilib. Onun verdiyi reaksiyalar sosial şəbəkələrdə gündəm olub. Hətta azərbaycanlı və türkiyəli şərhçilərin oyunu birlikdə şərh etməsi çox bəyənilib.
Əsas olaraq Leandro Andradenin 29-cu dəqiqədə vurduğu qolu Şenerin şərhi və dediyi sözlər diqqət çəkib.
QOOOOLLLL
Qarabağ attı, bərabərlik qolu gəldi.🇦🇿 Qarabağ 1-1 Chelsea 🇬🇧
Bu səs Türk’ün səsidir🇦🇿🇹🇷
Ertem Şener Çıldırdı!#UCL #QarabağFK #AJAvGS— Vaziyet Haber (@vaziyethaberi) November 5, 2025
Əliyar Xəlil
Globalinfo.az