Türkiyə deyir ki, Zəngəzur dəhlizi açılmasa… – Abramyan

tiqran abramyan 1

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan yazıb.

O, Türkiyənin sülh müqaviləsi çərçivəsində Zəngəzur dəhlizinin açılmasını zəruri hesab etdiyinə eyham vurub.

“Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var?

Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir”, – T.Abramyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az