İsrail İran və Livana yeni zərbələr endirəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin sözlərinə görə, Tehranın “oyunun şərtlərini diktə etmək” cəhdləri uğursuz olacaq.
O, İran və İsrail arasında son qarşılıqlı hücumları belə şərh edib. Hərbi zabit əlavə edib ki, İsrail hücumu daha əhəmiyyətli və ciddi hərəkətlərə hazırlıqdır.
O, həmçinin qeyd edib ki, İsrail Livanda dayanmaq niyyətində deyil və “Hizbullah” hədəflərinə zərbələr endirməyə davam edəcək.
Tahir Turan
Globalinfo.az