Trampın dərisinin rəngi… – Rusiyadan ilginc iddia

tramp 1

ABŞ-ın yeni prezidenti Donald Trampın dəri rəngi yenidən medianın gündəminə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Tibb elmləri namizədi Mixail Kutuşov deyib ki, dəri rənginin dəyişməsinə orqanizmdə K vitamininin çox olması və ya beta-karotinlə zəngin qidaların (məsələn, kök, ispanaq, balqabaq) həddindən artıq yeyilməsi səbəb ola bilər.

Digər tərəfdən Trampın öz dəri rəngini qaraltmaqdan xoşu gəldiyi qeyd edilir:

Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişam öz xatirələrində deyib ki, Tramp ictimaiyyətə çıxmazdan əvvəl həmişə makiyaj edir. Yaxınları Trampın solaryumları çox sevdiyini deyib“.

Başqa bir versiya isə Trampın pəhriz saxlamasının dəri rənginə təsir etməsi ilə bağlıdır.

Safura Bənnayeva
Globalinfo.az