Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, ölkə sakinləri onun bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəklər.
“Bu barədə heç bir söhbət ola bilməz və heç vaxt olmayacaq, çünki venesuelalıların bir şeyi varsa, o da müstəqillik prosesimizə olan sevgidir”, – deyə o, Trampa cavab verib.
Siyasətçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Karakasın böhranı diplomatik yolla həll etmək istədiyini bilir.
Tramp daha əvvəl Venesuelanı ölkənin 51-ci ştatı etməyi “ciddi şəkildə düşündüyünü” bildirmişdi.
Tahir Turan
Globalinfo.az