Tramp 1

ABŞ Prezidenti Donald Tramp son onilliklərdə Birləşmiş Ştatların iştirak etdiyi hərbi kampaniyaların müddətini əks etdirən infoqrafika paylaşıb.

Globalinfo.az xəbər verir ki, müvafiq paylaşım onun “Truth Social” hesabında yerləşdirilib.

“İnanılmazdır! Bu cədvəli araşdırın!” – deyə Ağ Ev rəhbəri qeyd edib.

Qrafikdə müxtəlif müharibələrin həftələrlə davametmə müddətini göstərən diaqram təqdim olunub. Burada Vyetnam, İraq, Əfqanıstan müharibələri, eləcə də İkinci Dünya müharibəsi daxil olmaqla, yüzlərlə həftə davam edən iri hərbi münaqişələr yer alıb.

Diaqramın sonunda isə qırmızı rənglə “İranda ekskursiya” adlı əlavə sətir göstərilib və qarşısında “6” rəqəmi yazılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı keçirilən əməliyyatı “kiçik ekskursiya” adlandırıb.

“Bu həm ekskursiya idi, həm də bizi müharibədən qoruyan addım. Müharibə isə… yəni onlar üçün bu, müharibədir. Bizim üçün isə hər şey düşündüyümüzdən daha asan alındı”, – deyə Tramp bildirib.

owl detail 620 3eb5fc1d09bd48f0dbf832684ed441b8

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: