ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ üçün “tamamilə vacib” olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.
“Ora Rusiya və Çin gəmiləri ilə əhatə olunub və bizə müdafiə üçün lazımdır”, – Ağ Ev rəhbəri vurğulayıb.
Daha əvvəl Tramp və Luiziana qubernatoru Ceff Lendri ABŞ-ın adanı “ələ keçirməyi” planlaşdırmadığını açıqlamışdı.
“Bloomberg” isə yazmışdı ki, Tramp Qrenlandiyanın strateji mövqeyi və ABŞ müdafiəsi üçün əhəmiyyəti səbəbindən maraq göstərir.
Tahir Turan
Globalinfo.az