RTS1JGW31 1024x692 1

Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. Dövlət başçısı bu səbəbdən Rusiyaya qarşı çox ciddi ola biləcək iqtisadi sanksiyaların tətbiqinə tələsmədiyini bildirib.

Jurnalistlərin anti-Rusiya sanksiyaları ilə bağlı sualını cavablandıran Tramp qeyd edib ki, Moskva ilə Kiyev arasında sazişin əldə olunmasını görmək istəyir:

“Əgər sanksiyalara əl atmalı olsam, ağlıma gələnlər çox ciddi olacaq. Amma mən bu münaqişənin sona çatmasını istəyirəm. Bu məsələdə hələ ki tələsmirəm”, – deyə o əlavə edib.

Tahir Turan

Globalinfo.az

Paylaş: