1761224052 thumbs b c a6b71160d7adacc74346a078a3081c2b

Donald Tramp ABŞ-ın sülhməramlı səylərdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, BMT RusiyaUkrayna münaqişəsi də daxil olmaqla, qlobal münaqişələrin həllində çox zəif fəaliyyət göstərir.

Tramp qeyd edib ki, son aylarda bir sıra müharibə və qarşıdurmaların qarşısının alınmasında ABŞ həlledici rol oynayıb və bu baxımdan ölkə “əsl Birləşmiş Millətlər Təşkilatına” çevrilib.

ABŞ lideri paylaşımında BMT-ni dünyada sülhün qorunması istiqamətində daha aktiv mövqe tutmağa çağırıb.

Xatırladaq ki, avqust ayında Tramp administrasiyası BMT-yə ayrılması nəzərdə tutulan 521 milyon dollar həcmində xarici yardım proqramlarını dayandırıb. Sözügedən vəsaitlərin Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası, Nepal, Somali və Cənubi Sudanda həyata keçirilən əməliyyatlara yönəldilməsi planlaşdırılırdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: