Tramp cnnn 11

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO üzvü olan ölkələrə qarşı hərbi əməliyyat keçirmək niyyətində olmadığına əmin olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlara istinad edərək, Moskvanın NATO ərazisinə hücum etməyəcəyini düşündüyünü söyləyib.

“Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək”, – Tramp qeyd edib.

Tramp, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfəri zamanı bu məsələnin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırmayıb.

Paylaş: