ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sona çatması üzrə danışıqların sürətindən narazıdır və Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar məsələsində səhv istiqamətdə irəliləyir.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt deyib.
“Prezident narazıdır. Onun səbrinin sonu yaxınlaşır. O, dünyanın yaxşılığı üçün doğru olanı etmək istəyir. O, sülh görmək istəyir, qətlin dayandırılmasını istəyir, amma hər iki tərəf müharibəni dayandırmağa hazır olmalıdır. Təəssüf ki, Prezident Zelenski müharibə danışıqları məsələsində səhv istiqamətdə irəliləyir”, – Livitt bildirib.
O qeyd edib ki, Trampın milli təhlükəsizlik komandası və müşavirləri bu müharibəni sona çatdırmaq üçün zaman, enerji və güc sərf ediblər.
“Zelenski mətbuat vasitəsilə sülh danışıqları aparmağa çalışır. Bu, yolverilməzdir, danışıqlar yalnız bağlı qapılar arxasında aparılmalıdır”, – deyə, Livitt əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az