ABŞ Prezidenti Donald Tramp Venesuelada qurudan hərbi əməliyyat ehtimalından danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən heç nəyi istisna etmirəm”, – Tramp Ağ Evdə deyib.
Qeyd edək ki, noyabrın 14-də Pentaqon Qərb yarımkürəsində “Cənub nizəsi” əməliyyatının başladığını elan edib. Bunun ardınca Venesuela Prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Karib dənizində müharibənin qarşısını almağa çağırıb.
O, potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb və Vaşinqtonun hərəkətlərinin bəşəriyyətə qarşı yönəldiyini bildirib.
Tahir Turan
Globalinfo.az