Tokayev naziri işdən çıxardı – Səbəb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib.

Son məlumatlara görə, yanğın 60 min hektar sahəyə yayılıb. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, daha 11 nəfər itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.