Tokayev Azərbaycanın adını çəkdi, Putinlə bağlı elə mesajlar verdi ki…

“Rusiyada keçiriləcək prezident seçkiləri beynəlxalq əhəmiyyət kəsb edəcək, çünki heç bir qlobal problem Moskvanın iştirakı olmadan həll edilə bilməz”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə mətbuatına müsahibəsində deyib.

“Anlamaq lazımdır ki, Rusiya Federasiyası dünya siyasətində son dərəcə mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malikdir. Rusiya Prezidenti Vladimir Putin söz və hərəkətləri ilə qlobal gündəmi formalaşdıran liderdir.

Seçkilər baxımından bu il bir çox dövlətlər üçün simvolik olacaq. Rusiya ilə yanaşı, ABŞ, Azərbaycan, Böyük Britaniya, Hindistan və digər ölkələrdə də seçki kampaniyaları, Avropa Parlamentinə seçkilər keçiriləcək. Bununla belə, Rusiya prezident seçkiləri Qazaxıstan üçün xüsusi maraq kəsb edir”, – Tokayev bildirib.

Safura Bənnayeva
Globalinfo.az