Türkiyə DİN-dən çevriliş planı ilə bağlı AÇIQLAMA

“Terror təşkilatları və onların uzantıları mütəşəkkil cinayət birlikləri ilə əlbir olub. FETÖ taktikaları ilə Prezidentimizə, hökumətimizə və siyasətçilərimizə qarşı qurulan oyunları məhv edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

Nazir Türkiyə hökumətini hədəf alanların FETÖ tərzində çevriliş planı qurduqlarını bildirib:

“Möhtərəm Prezidentimizin rəhbərliyi ilə keçmişdə olduğu kimi, bu gün də beynəlxalq kartellərə çevrilmiş mütəşəkkil cinayətkar təşkilatlara, şəhər quldurlarına, zəhər tacirlərinə, mühacir qaçaqmalçılarına, xarici kəşfiyyat xidmətləri ilə əlaqəli qeyri-qanuni strukturların fəaliyyətinə imkan verməmişik, verməyəcəyik. Bu istiqamətdə mübarizəmizə kimlər mane olmağa çalışırsa, FETÖ tərzində gizli şahid taktikaları ilə öz qaranlıq nizamının hakim olmasını istəyirsə, biz onların sistemini  məhv etməyə davam edəcəyik. Əgər hər hansı qurumun daxilində Prezidentimizə, hökumətimizə, siyasətçilərimizə qarşı yönəlmiş birləşmə varsa, sona qədər gedib onları məsuliyyətə cəlb edəcəyik”.

“Məsələ ilə bağlı hesabat yaxın zamanda tamamlanacaq. Atılan hər addım və telefon qeydləri bir-bir yoxlanılır. Sözügedən hesabat bütün təfərrüatları ilə ictimaiyyətə təqdim olunacaq”, – A.Yerlikaya qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az