Sərkisyandan qondarma rejimin ləğvi haqda ilk açıqlama

serj serkisyan

Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serjik Sərkisyan qondarma rejimin ləğvinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Sərkisyan ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlı keçiriləcək məhkəmədən əvvəl jurnalistlərin sualını cavablandırıb.

Separatçı rejimin məhv olduğunu qəbul edə bilməyən Sərkisyan ümidsiz halda bunları deyib:

“Mənim üçün “artsax” səhifəsi heç vaxt bağlanmayacaq. Ümidsizlik günahdır, qürur isə ondan da ağır günahdır. Bu həqiqəti insanlara izah etmək lazımdır”.

Qeyd edək ki, S.Sərkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsində ittiham edilir.

Ayşən Mustafa
Globalinfo.az