tbilisi 0

Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının iştirakçıları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarına pirotexniki vasitələr və daş atıblar. 

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, xüsusi təyinatlılar etirazçılara bibər qazı ilə cavab verir.

Vaxtaşırı polis yaxınlaşan etirazçılara su səpmək üçün yanğın şlanqından istifadə edir.

Tiflisdə baş verən aksiyalar Gürcüstanın digər şəhərlərinə də sirayət edib. Hazırda bir neçə şəhərdə eyni anda aksiyalar keçirilir.

IMG 20241201 235220 255

***18:38

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

***13:50

Dünən Tbilisidə keçirilən etiraz aksiyası zamanı 44 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb

***

Gürcüstan hüquq-mühafizə orqanları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.

Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.

Qeyd edək ki, son iki gündə Gürcüstanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.

Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Etirazların səbəbi Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək barədə bəyanatı olub.

***10:13

Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar.

Bu barədə Globalinfo.az xarici mətbuata istinadən xəbər verir.

Mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər.

Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

Paylaş: