Tanınmış şair, Azərbaycan və Dağıstan Yazıçılar Birliyinin üzvü Zərifə Qasımova vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə şair Ramiz Qusarçaylı məlumat yayıb.
O, Zərifə Qasımovanın Azərbaycan-Dağıstan ədəbi əlaqələrinə ciddi töhfələr verdiyini, ədəbiyyat sahəsində ciddi işlərə imza atdığını bildirib.
Qeyd edək ki, Zərifə Qasımova “Şuşa fəryadları” kitabının, Azərbaycan və ləzgi dillərində yazılmış çoxlu sayda şeirlərin müəllifidir.
Zaira Akifqızı
Globalinfo.az