Taleh Qaraşov birinci müavinini təqaüdə göndərdi – FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.

Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi boşdur.

Qeyd edək ki, M. Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.

mohubbet-babayev-vezifeden-azad-edildi