“Suriyanın şimalından qoşunlarımızı çıxarmaq niyyətimiz yoxdur” – Ərdoğan

“Suriyanın şimalından qoşunlarımızı çıxarmaq niyyətimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü CNN-ə müsahibəsində deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalından ordusunu çıxarmaq fikrində olmadığını bildirib:

“Xeyr, bu nəzərdə tutulmayıb, çünki terror təhlükəsi hələ də mövcuddur”.

Dövlət başçısı Suriyanın şimalında terrorla mübarizə aparılacağı təqdirdə Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini də qeyd edib.