58470ce9 92e7 3615 a1db 142f787d991b 850

Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

XiN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:

“Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur”.

Paylaş: