Suriya üzrə danışıqları davam etdiririk – Fidan

Türkiyə Rusiya və İranın iştirakı ilə dördtərəfli formatda Suriya ilə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etməyə davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz İran və Rusiya ilə birlikdə dördtərəfli formatda Suriya ilə bağlı işi davam etdiririk. Məsələlərin dairəsi genişdir. Sözsüz, hər bir tərəfin razılaşa bilmədiyi məqamlar var. Müzakirələri davam etdiririk”, – o vurğulayıb.