Süni intellektdən istifadə edib 757 min manat qazandı

pul

Rusiyada Anastasiya adlı qadın süni intellektdən istifadə edərək 36 milyon rubl (təxminən 757 min manat) qazanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Stoloto” şirkəti məlumat yayıb.

“Həmin şəxs bir ay ərzində təsadüfi bilet alsa da, uğur qazana bilməyib. Nəhayət, süni intellektdən məsləhət istəyib. Belə ki, o, ulduz falından istifadə edərək, lotoreyada hansı rəqəmlərin ona şans gətirəcəyini müəyyənləşdirib. Sonda super mükafatı qazana bilib”.

Məlumata görə, o, vəsaitlə öz evini almaq və anasına təmir işlərində kömək etmək niyyətindədir. Bundan əlavə, Anastasiya Çinə səfər edərək noutbuk və məişət texnikası almağı planlaşdırır.

Əliyar Xəlil
Globalinfo.az