“Sumqayıt” komandasının yeni baş məşqçisi açıqlandı

 

Sumqayıt” klubunun yeni baş məşqçisi bəlli olub.

Globalinfo.az bildirir ki, “Gənclik şəhəri” təmsilçisindən “Report”a verilən məlumata görə, komanda Samir Abasova tapşırılıb.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.

Qeyd edək ki, Samir Abasov 2015 – 2018-ci illərdə “Sumqayıt”a rəhbərlik edib.