Slovakiyada kütləvi etirazlar: Hökumət qarşısında tələb qoyuldu

Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib.

Globalinfo.az  xəbər verir ki, bu barədə Markiza telekanalı məlumat yayıb.

Məlumata görə, Slovakiyanın ən böyük şəhərlərində on minlərlə etirazçı Robert Fiko hökumətindən cinayət qanunu islahatlarından imtinanı tələb ediblər.

Etirazları 2023-cü ilin sentyabrında keçirilən parlament seçkilərindən sonra ölkədə hakimiyyəti əldən buraxan liberal partiyalar təşkil edib. Telekanalın məlumatına görə, Nazirlər Kabinetinin istefası ilə bağlı çağırışlar da səslənib.

Paytaxt Bratislavada 25 mindən çox fəal Slovakiya Milli üsyan meydanına toplaşıb. Bu, iştirakçıların sayına görə ən böyük etiraz aksiyası sayılır.  Poprad şəhərində Slovakiyanın eks-prezidenti Andrey Kiska etirazçılar qarşısında çıxış edərək Fiko hökumətini mafiya ilə müqayisələndirib.

Etirazçılar yanvarın 25-də Slovakiyada yenidən hökumət əleyhinə mitinqlər keçiriləcək. Müxalifət indiki hakimiyyəti qanunun aliliyini pozmaqda günahlandırır. Slovakiya prezidenti Zuzana Çaputova isə qanunun ləğvinə qarşı çıxıb. Avropa Parlamenti isə yanvarın 17-də Slovakiya hökumətinin cinayət qanunvericiliyində islahatlar aparmaq planlarını pisləyən qətnamə qəbul edib.

Əliyar Xəlil,

Globalinfo.az