ABŞ Gürcüstana daha bir yardımı dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbutı məlumat yayıb.
İlya Dövlət Universitetinin Seysmik Monitorinq Milli Mərkəzinin maliyyələşdirilməsinin dayandırıldığı bildirilir. Məlumatı mərkəzin rəhbəri Teya Qodoladze də təsdiqləyib. O, mərkəzin fəaliyyətinin davam etdirilməsi üçün yeni resurslara ehtiyac olduğunu deyib.
Qeyd edək ki, ABŞ bundan öncə Luqara laboratoriyasının maliyyələşməsini dayandırmışdı. Həmin laboratoriya Rusiya tərəfindən ABŞ-ın bioloji silah mərkəzlərindən biri hesab edilirdi. Həmçinin Vaşinqton Gürcüstana ayırılan 95 milyon dollarlıq yardım da ABŞ tərəfindən dayandırılıb.
Əliyar Xəlil
Globalinfo.az