Slovakiya Ukraynaya nota verdi

owl detail 620 966b99422b8163a88fb02ed796b7e85a

Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dennik” nəşri məlumat yayıb.

Xarici İşlər Nazirliyinə çağırılan səfirə Ukrayna XİN-in Slovakiyanın Baş naziri haqqında “o, Rusiya təbliğatı ilə zəhərlənib” sözlərinə görə nota təqdim edilib.

Xatırladaq ki, Ukrayna XİN Robert Fitsonu daxili siyasi uğursuzluqlarını Ukraynanın üzərinə yıxmaq cəhdi ilə ittiham etmişdi. “Məsləhət görərdik ki, sərhəddən kənara deyil, güzgüyə baxılsın”, – deyə XİN-in bəyanatında yer almışdı.

 

Əliyar Xəlil
Globalinfo.az